Milyarderin avtomobili hamını TƏƏCCÜBLƏNDİRİR - FOTO

Bir çox insanlar hesab edir ki, milyarderlər öz statuslarını başqalarına göstərmək üçün lüks avtomobil sürməyə üstünlük verirlər. Bununla belə, istisnalar var.
Avtosfer.az "Lent.az"a istinadən bildirir ki, “Top Speed” jurnalı “Microsoft”un həmtəsisçisi Bill Qeytsin sevimli avtomobili haqqında məlumat verib. Milyarderin seçimi olduqca gözlənilməz olub.
Qeyd olunur ki, Meyers qardaşlarının podkasti zamanı Qeyts sevimlisi olan kompakt elektrik avtomobilinin olduğunu paylaşıb. Bu qırmızı rəngli “Fiat 500e RED Edition”dır.
Milyarder bildirib ki, avtomobil onların birgə xeyriyyə işləri nəticəsində irlandiyalı musiqiçi Bono tərəfindən hədiyyə edilib. Onlar qlobal sağlamlıq proqramları üzərində işləyən təşkilatlara yardım göstərirlər.

Qeyts əlavə edib ki, onun daha dəbdəbəli elektrik avtomobili də var - Porsche Taycan. Bununla belə, ona ən müsbət emosiyalar verən “Fiat 500e”dir.
"İnsanların yanından keçəndə onlar məni belə kiçik avtomobildə görəndə təəccüblənirlər", - milyarder deyib.

Nəşr xatırladıb ki, Fiat 500e kompakt elektrik hetçbekdir. Bu model Avropa ölkələrində ən populyardır.
Bundan əlavə, Fiat 500e xoş idarəetməyə malikdir və onun kiçik batareyası kifayət qədər tez doldurulur. Jurnalistlər gündə 200 kilometrdən az sürən, lakin əla kompakt elektrik avtomobili axtaran sürücülərə bu modelə diqqət etməyi tövsiyə ediblər.
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb












