Milyonluq avtomobillər təkərə görə geri çağırılır - FOTO

“Bugatti” firması “Chiron” modelindən olan bəzi avtomobilləri geri çağırır. Buna səbəb təkərlərdə yaranan çatlardır. Avtosfer.az xəbər verir ki, “Chiron Pur Sport” modellərinin müayinəsi zamanı təkərlərdə kiçik çatlar olduğu üzə çıxıb. Geri çağırılan modellərdə təkərlər pulsuz dəyişdiriləcək. Şirkət təkərləri 4000 km və ya il yarımdan bir dəyişməyi tövsiyə edir.
Qiymətə gəlincə, “Michelin” firmasının xüsusi olaraq hazırladığı təkərlərin bir ədədi 10 000 dollardır. Təkərlər 400 km/saat sürət üçün nəzərdə tutulub. “Veyron” modelində isə təkəri yalnız zavodun əməkdaşları dəyidirə bilər. Bu zaman maşının sahibi texniklərin ölkəyə gəlib-getməsi xərcini də ödəməlidir. Bir sözlə, “Veyron”a 1 dəst təkər dəyişmək azı 50 000 dollara başa gəlir. Bizdə bu qiymətə lüks avtomobil almaq mümkündür. Amma, varlığa nə darlıq.
PS. “Bugatti Veyron” avtomobilinə minmiş şəxs kimi deyə bilərəm ki, bu avtomobildə xüsusi nə isə hiss etmədim. Bu, sırf idman avtomobilidir və gündəlik istismar üçün nəzərdə tutulmayıb.
Vüqar Yaşaroğlu
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?














