Mini avtomobillərin mövcudluq problemi

Avropa şəhərlərində mini avtomobillərə maraq çoxdur. Səbəb ölçülərin kiçik olması, ucuzluq və qənaətdir. Lakin vəziyyət dəyişir.
Avtosfer.az xəbər verir ki, bu maşınları ucuz etmək üçün avropalı konstruktorlar müəyyən üsullara əl atırlar. Xüsusən də ekoloji tələblər sahəsində.
Mini avtomobillərin aşağı emissiyalı zonalara girə bilməsi və maya dəyərinin aşağı salınması üçün artıq bütün istehsalçılar bu sinifdə Dizel mühərrikli modelləri konveyerdən çıxarıblar. Yalnız benzin versiya qalıb ki, bu da qənaətcil avropalıları qane etmir.
Avropalı ekspertlərin qənaətinə görə, mini avtomobillərin mövcuduğunu davam etdirməsi üçün elektrik versiyalarının hazırlanması zərurətdir. Lakin burada da çətinlik var: aşağı sinif avtomobillərdə istehsalçının mənfəəti azdır. Çünki alıcılar kiçik modelə böyük pul xərcləmək istəmirlər. Elektromobil hazırlamaq isə daha baha başa gəlir.
Bir sözlə, avtomobil istehsalçıları dilemma qarşısındadır: ya münasib qiymətə elektromobil hazırlamaq, ya da A sinfindən olan avtomobilləri birdəfəlik istehsaldan çıxarmaq.
Vüqar
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












