Möhtəşəm "Mercedes-Benz" S-Class-ın yeni modeli Bakıda - FOTO - VİDEO

Abşeron Avtomobil Mərkəzi yeni Mercedes-Benz S-Class (S500 V223) modelini alıcıların ixtiyarına buraxıb. Avtosfer.az komandası Abşeron Avtomobil Mərkəzinin mütəxəssisi ilə yeni model avtomobillə yaxından tanış olaraq test sürüşünü həyata keçiriblər. Belə ki, "Mercedes" markası həmişə olduğu kimi sürücü və sərnişinlərin rahatlığı ilə yanaşı onların təhlükəsizliyini də ön planda saxlayıb. Test zamanı avtomobildə olan təhlükəsizlik elementləri sınaqdan keçirilib.
Qeyd edək ki, təqdim edilən bu model 9 pilləli avtomatik transmissiyalıdır. Avtomobil 100 km/saat sürəti 4,9 saniyəyə yığır, maksimal sürəti isə 250 km/saatdır. 2.999 kub.sm mühərrik həcmi olan bu model 455 at gücünə malikdir.
S 500 4 MATIC Sedan Long modelinin baza qiyməti 235 min manatdan başlayır.
Ətraflı videomaterialda tanış ola bilərsiniz.

Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır



























