Mulliner Bentley Bentayga üçün 26 yeni kuzov rəngi hazırlayıb - FOTO

Yenilənmiş Bentley Bentayga krossoveri Mulliner atelyesi tərəfindən hazırlanmış 26 yeni kuzov rənginə, salonun 27 rəngdə dəri ilə tərtibatına və 100 variantda dekorativ panellərə sahib olub.
Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, Mulliner atelyesi yenilənmiş Bentayga krossoverinin eksteryer və interyer tərtibatını fərdiləşdirmək üçün geniş opsiyalar siyahısını təklif edir. Müştərilər, istənilən təchizata malik olan krossoverlər üçün, əsas palitraya əlavə olaraq, metallik və tutqun çalarları da daxil olmaqla, 26 əlavə kuzov rəngini sifariş edə biləcəklər.
İnteryer üçün daha çox fərdiləşdirmə variantları nəzərdə tutulub: müxtəlif dəri rənglərindən, çoxlu sayda şpondan, interyerdəki tikişlərin rəngindən və tvid ilə örtülmüş qapı dekorundan arasından seçim etmək olar.
Məsələn, Mulliner atelyesi 27 dəri rəngini və üç fərqli çalardan ibarət olan hazır kombinasiyaları təklif edir - lakin müştərilər, öz istəklərinə uyğun olaraq daxili tərtibatın fərdi rəng birləşməsini yaratmaq şansına malikdirlər.
Britaniyalılar, Bentley şirkətinin bu gün daxili tərtibat üçün təbii şpondan istifadə edən nadir avtomobil istehsalçılarından biri olduğunu vurğulayırlar - Mulliner kataloquda boyalı panellər də daxil olmaqla. ağac ilə 100 müxtəlif tərtibat variantı var.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar















