Naxçıvan Belarusa avtomobil satacaq

Naxçıvanda istehsal olunan avtomobillər bu ildən Belarus Respublikasına ixrac olunacaq. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, hazırda illik istehsal gücü 5 min ədəd avtomobil olan zavodda 9 modeldə avtomobil istehsal olunur. “Yaxın zamanlarda isə sedantipli “NAZ-Lifan-820” və krossovertipli “NAZ-Lifan X-50” modellərinin istehsalına başlanılacaq. “NAZ-Lifan-820” modeli əvvəlki sinfindən fərqli olaraq, arxa hissə ilə bərabər, həm də ön park-radar sistemi, mühərriki işə salmaq üçün start-stop düyməsi, ön oturacaqların qızdırılması və təhlükəsizlik yastıqlarının sayının 4 ədədə çatdırılması ilə seçilir. Krossovertipli “NAZ-Lifan X-50” modeli isə “NAZ-Lifan X-60” modelindən fərqli olaraq daha az yanacaq sərfinə və elektron sükan idarəetməsinə malikdir” - məlumatda deyilir. Avtomobillərin qiymətləri modeldən və komplektasiyadan asılı olaraq, 7 500 manatdan 15 900 manatadək dəyişir. Alıcılara nağd pulla və köçürmə yolu ilə təklif edilən bu avtomobilləri Naxçıvan Muxtar Respublikasının sakinləri qiymətinə əlavə faiz hesablanmadan dəyəri hissə-hissə ödənilməklə də əldə edə bilirlər.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyət göstərir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












