Naxçıvan Qarnizonuna minik və yük avtomobilləri alınıb - FOTO

Aprelin 23-də Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaəti hesabına alınan 10 "Qazel" markalı yük, eləcə də "Ford" və "Volkswagen" markalı 2 minik avtomobili Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobillərə baxıb.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.
Bildirilib ki, yükgötürmə qabiliyyəti və manevr imkanları yüksək olan qənaətcil avtomobillərindən hərbi hissələrin təminatında istifadə olunacaqdır. Yeni avtomobillər muxtar respublikanın relyefinə uyğun olaraq istənilən şəraitdə xidməti fəaliyyətin təhlükəsiz və çevik təşkilinə imkan verəcəkdir.
V.Talıbov yeni avotomobil və texnikaların təqdim olunması münasibətilə şəxsi heyəti təbrik edərək deyib: "Bu gün Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər, xüsusilə hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi ordumuzun qüdrətini daha da artırır. Ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq muxtar respublikada da ordu quruculuğuna xüsusi diqqət yetirilir, ordu, birləşmə və hissələrinin silah-sursat və texnika təminatı yaxşılaşdırılır, təlimlər keçirilir, şəxsi heyətin peşəkarlığı artırılır".
Ali Məclisin Sədri deyib: "Döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulan texnika və avtomobillərdən hərbi hissələrin gündəlik təminatında istifadə olunmamalıdır. Ona görə də muxtar respublikada hərbi hissələrin təminatının yaxşılaşdırılması diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaət olunan hissəsindən alınan yeni avtomobillər də hərbi hissələrdəki döyüş resurslarının qorunmasına və gündəlik təminatın həyata keçirilməsinə imkan verəcəkdir".
Ali Məclisin Sədri yeni avotomobillərdən təyinata uyğun istifadə olunması barədə tapşırıqlar verib.

Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












