Nəqliyyat vasitələrinə aid reklamlarda bu sözlərin istifadəsi qadağan edildi

Çin hökuməti avtomobil istehsalçılarına sürücüyə yardım xüsusiyyətlərini reklam edərkən “ağıllı idarəetmə” və “avtonom idarəetmə” sözlərindən istifadə etməyi qadağan edir və bu qəbildən olan texnologiya təkmilləşdirmələrinə nəzarəti gücləndirəcək.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, çərşənbə günü Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələrinin 60-a yaxın avtomobil istehsalçısı təmsilçiləri ilə görüşündə nəqliyyat vasitələrində reklamla bağlı göstəriş verilib.
“Reuters” xəbər verir ki, bu qərar sürücünün avtomobilin “Sürücüyə qabaqcıl yardım sistemi”ndən (ADAS) istifadə edərək idarəetməni ələ keçirməsindən bir neçə saniyə sonra yol kənarındakı dirəyə 97 km/saat sürətlə toqquşması zamanı alovlanan “Xiaomi SU7” avtomobilinin ölümə səbəb olmasının ardından verilib.
Yenilənmiş qaydalara əsasən, avtomobil istehsalçılarına artıq təsdiq edilmədən müştərilərə çatdırılan avtomobillər üçün uzaqdan proqram təminatı yeniləmələri vasitəsilə öz ADAS sistemlərini sınaqdan keçirməyə və təkmilləşdirməyə icazə verilmir. İndi onlar etibarlılığı təmin etmək üçün kifayət qədər sınaq keçirməli və belə tətbiqlərdən əvvəl hökumətin razılığını almalıdırlar.
Tənzimləyicilər, həmçinin yanğın və partlayış risklərini azaltmaq məqsədilə elektrik avtomobillərinin akkumulyatorları üçün standartları sərtləşdirir.
Analitiklər və sənaye mənbələri xəbərdarlıq ediblər ki, daha sərt qaydalar xərcləri artıracaq və texnologiyanın inkişafı və qəbulu tempini yavaşladacaq.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












