Növbəti hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 9-da keçirilən növbəti hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan avtomobillərə ümumilikdə 42 sifariş qəbul olunub.
Xidmətdən Avtosfer.az-a bildirilib ki, budəfəki hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya istehsalı avtomobillər olub. Həmin avtomobillərə edilən təkliflərin çoxluğu isə prosesi rəqabətli edib. İlkin start qiyməti 2500 manat olan “VAZ 2106” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 4 min manata özəlləşdirilib. Buraxılış tarixi 2006-cı il olan “VAZ 2107” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 3 min manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 3900 manata yüksəlib.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: LİNK
Qeyd edək ki, martda daha 4 özəlləşdirmə hərracı keçiriləcək.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










