Növbəti nəsil Genesis G90 modeli lazer məsafəölçəni ilə təchiz ediləcək

Növbəti nəsil Genesis G90 sedanı lazer məsafəölçəni ilə təchiz edilən ilk seriya avtomobili olacaqdır. Üç növ sensorundan, o cümlədən kameralar və radarlardan istifadə olunması, SAE şkalasına görə üçüncü səviyyəli avtonom idarəetmə sisteminin tətbiqinə imkan verəcəkdir. Bu barədə məlumatı "TheKoreanCarBlog" saytı verib.
Saytın bildirdiyinə görə, Genesis G90 modelinin növbəti nəsli ön kamera, radar və iki ədəd lazer məsafəölçəni ilə təchiz olunacaqdır. Avadanlıq təchizatçıları olaraq Mando və Velodyme şirkətləri çıxış edəcəkdirlər. Hər üç sistem Hyundai Motor tərəfindən hazırlanmış proqram-hesablama platformasının nəzarəti altında vahid kompleksdə birləşdiriləcəkdirlər. Bu kompleks 3-cü səviyyəli avtopilotu tətbiq etməyə imkan verəcəkdir. Xatırladaq ki, 3-cü səviyyəli avtopilot sürücünü əllərinin daima sükan çarxında, diqqətinin isə yolda olmasını tələb etmir. (autograph.az)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












