Ötən il avtomobillərin icbari sığortasının zərərliliyi 28% azalıb

2023-cü ildə Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 170 mln. 929 min manat təşkil edib.
Avtosfer.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 50% və ya 57 mln. 720 min manat çoxdur. Belə ki, 2022-ci ildə 113 mln. 840 min manat sığorta haqqı toplanılmışdı.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 97 mln. 909 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8.5% və ya 7 mln. 629 min manat çoxdur. Əvvəlki ildə bu sığorta növü üzrə ödənişlərin həcmi 90 mln. 280 min manat olub.
Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 27.7% azaldıb. Belə ki, 2022-ci ildə sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 79.3 manatını ödənişə yönəltmişdilərsə, ötən il bu rəqəm 57.3 manata enib.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










