Ötən il ölkəyə neçə nəqliyyat vasitəsi gətirilib? - RƏSMİ

Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulan “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təliminin ikinci günü davam edir.
Avtosfer.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəis müavini Əsgər Məmmədov “Avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesindəki dəyişikliklərə dair” mövzusunda təqdimatla çıxış edib.
Çıxışı zamanı o, ötən ildə ölkəyə gətirilən nəqliyyat vasitələri haqqında statistik məlumatları diqqətə çatdırıb:
"2021-ci ildə ümumilikdə Azərbaycana 84 596 nəqliyyat vasitəsi idxal olunub. Bu nəqliyyat vasitələrindən yanacaq növünə görə 50 114-ü benzin, 21 392-i dizel, 158-i elektrik, 12 932-i hibrid, 12 925-i benzin-hibrid, 7 ədədi isə dizel-hibrid avtomobilləri olub”.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Azərbaycan 49 431 ədəd nəqliyyat vasitəsi idxal olunub”.

Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO










