Partlayışda avtomobillərə dəyən ziyanı kim ödəyəcək? - Ekspert AÇIQLADI
Bu gün Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada dəhşətli partlayış baş verib. Partlayış səbəbindən ətrafda yerləşən yaşayış binasına, eyni zamanda bir çox avtomobilə ciddi ziyan dəyib. Bəs, avtomobillərə dəyən ziyanı kim ödəyəcək?
Mövzu ilə bağlı News24.az-adanışan sığorta üzrə ekspert İlkin İbrahim bildirdi ki, əgər obyekt sığorta edilibsə, dəyən ziyan sığorta şirkətləri tərəfindən ödəniləcək:
"Qazanxana obyekt sayılır, dövlət binası olsa belə sahibkarlıq fəaliyyətidir. Bu səbəbdən də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növü üzrə sığorta olmalıdır və bu, bütün obyektlər üçün məcburidir. Həmin sığortanın mahiyyəti ondan ibarətdir ki, bu kimi hadisələr baş verən zaman üçüncü şəxslərə dəyən ziyanı sığorta şirkəti qarşılayacaq. Əvvəlcə baxmaq lazımdır ki, obyekt sığorta olunubmu? Sığorta olunubsa, sığorta təminatı verilməlidir. Sığorta təminatının məbləği hər zərərçəkən üzrə 5 min manatdır. Əvvəlcə zərər aktı tərtib edilib, günahkar müəyyən edilməlidir. Sonra isə sığortanın olub-olmaması yoxlanılmalıdır".
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










