“Porsche” tank istehsal EDƏCƏK?

Almaniyanın avtomobil brendi olan “Porsche” böyük itkilərə məruz qaldığından tank istehsalına başlamağa hazırlaşır.
Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu barədə məşhur alman nəşri “Europaische Sicherheit und Technik” iddia edib.
İddiaya əsasən şirkət ötən il 20 milyard avro xalis zərər edib. O, yeni iş sahələri axtarır. Silah biznesinə qayıtmaq imkanları da nəzərdən keçirilir.
Lakin şirkət mediada silah istehsalına qayıtmaq planları ilə bağlı yayılan xəbərləri təkzib edib.
Alman holdinqinin nümayəndəsi Kristof Cemelka məsələyə aydınlıq gətirib: “Porsche SE-nin yenidən tanklar istehsal edəcəyi” ifadəsini tamamilə və birmənalı şəkildə təkzib edə bilərəm”.
Qeyd edək ki, “Porsche” İkinci Dünya Müharibəsi zamanı hərbi istehsalla məşğul olub. Şirkətin qurucusu Ferdinand Porşe Tiger zirehli texnika, “Maus” super ağır tanklar və tank əleyhinə “Ferdinand” özüyeriyən silahını yaratmışdı.
Şirkət sonuncu dəfə 1960-cı illərdə “Leopard-1” tanklarının hazırlanması və istehsalı zamanı silahla məşğul olub.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












