Prezidentdən yolların qorunmasına dair mühim SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması haqqında sərəncam imzalayıb. Sənəddə deyilir: “İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması nəticəsində ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yolları bir çox hallarda dağılır və ya deformasiyaya məruz qalır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması üçün iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsi məqsədi ilə yeni texnologiyaların tətbiqi və bu sahədə tələblərin pozulmasına görə inzibati xəta haqqında elektron protokolun tərtibi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə:
1.1. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması hallarının müəyyənləşdirilməsi üçün ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarında bu Sərəncamın 2.1-ci bəndinə uyğun olaraq müəyyən edilmiş yerlərdə yol örtüyünün altında hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) yerləşdirilməsini təmin etsin;
1.2. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozan şəxslər və hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri barədə məlumatların, habelə həmin nəqliyyat vasitələrinin foto və ya video görüntülərinin, inzibati xəta haqqında elektron protokolun tərtib edilməsi məqsədi ilə, real vaxt rejimində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsi üçün yol örtüyünün altında yerləşdirilmiş texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) həmin informasiya sisteminə qoşulmasını təmin etsin”.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarında quraşdırılması nəzərdə tutulan yerlərin siyahısını, həmin texniki vasitələrin quraşdırılma müddətlərini və mərhələlərini iki ay müddətində müəyyən edib Azərbaycan prezidentinə məlumat verməli; iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalar haqqında elektron protokolun tərtib olunması və həmin inzibati xətalara dair işlər üzrə icraatın aparılması qaydasını tənzimləyən qanunun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim və sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO










