Qaraj tüninqi: niyə mülki avtomobildə idman sükanı quraşdırmaq məsləhət deyil?
Avtoxəbər 26 Mart 2020 09:30 Oxunub 478
Qaraj tüninqi: niyə mülki avtomobildə idman sükanı quraşdırmaq məsləhət deyil?
Əksər müasir avtomobillər zərbə zamanı qatlanan təhlükəsizlik sükanları ilə təchiz olunub

İzdihamdan, daha doğrusu, eyni seriyalı avtomobil axınından seçilmək üçün qardaşımız - avtomobilçi öz "qaranquşunu" ruhlandırmaq üçün nə etmir ki. Kimisi mütəxəssislərin əlləri ilə tuninq-atelyesində avtomobilini dəyişdirmək üçün çox pul ödəyir. Kimisi isə qarajla kifayətlənməlidir. Dəbli "tuninq" sözünü, idman sükanının quraşdırılması da adlandırmaq olar. Avtosfer.az portalı belə bir "sükan çarxında" hansı təhlükənin olduğunu və orada müsbət cəhətlərin olub-olmadığını araşdırdı.

Əslində, yalnız BAF (Beynəlxalq avtomobil federasiyası) tərəfindən uyğunlaşdırılmış məhsulları əsl idman sükanı adlandırmaq olar. Belə bir "şturval"ın alınması cibə əhəmiyyətli dərəcədə zərbə vura bilər. Ancaq ölkəmizdə bu konsepsiyanı daha geniş şərh etmək adətdir. Ehtiyat hissələri bazarlarında və onlayn mağazalarda geniş çeşiddə təqdim olunan idman sükan çarxları sertifikat almadan, lakin daha təvazökar qiyməti olan növləri daxildir.

KİÇİK DİAMETR

Yarış sükanı standart diametrdən daha kiçikdir. Və əgər avtomobil hidravlik gücləndirici ilə təchiz olunmayıbsa, onda onu döndərmək çətindir, daha çox səy göstərməlisiniz. Ona görə fövqəladə vəziyyətdə hazırlıqsız bir sürücü, sadəcə təkərləri tez çevirmək gücünə malik olmaya bilər. Bu vəziyyətdə söhbət peşəkar idmançılar və şəhər yollarına uyğunlaşdırılmış idman avtomobillərindən getmir.

Kiçik diametr başqa bir mənfi rol oynaya bilər. Avtomobilləri yaradanlar sükan ölçüsünü də nəzərə alaraq şkalaları alətlər panelinə uyğun yerləşdirirlər. Lakin, düzünü desəm, buna şübhə üçün səbəblər var. Yenə də kiçik ölçülü bir sükan alətlər panelinin görünüşünə maneə törədir. Bununla razılaşmaya bilərsiniz, ancaq sürücü ən azı bəzən sürətölçənə baxmalı olur.

TƏHLÜKƏSİZLİK

Sükan çarxı ucuz və naməlum istehsalçıdan olarsa və əslində onu idman sükanı adlandırmaq olmazsa, onda yol-nəqliyyat hadisəsi zamanı ilə gözəl görünüşlü sükan əlavə zədə mənbəyinə çevrilir. Nəzərə almaq lazımdır ki, əksər müasir avtomobillər zərbə zamanı qatlanan təhlükəsizlik sükanları ilə təchiz olunub.

Lazımi standartlara cavab verən idman sükanı ilə toqquşma zamanı xəsarət almaq daha çətindir. Hissənin özü deformasiya yerlərində perforasiyalı(deşikli) alüminiumdan hazırlanıb. Eyni zamanda keçirici ona elə uyğunlaşdırılmışdır ki, o qatlanaraq, zərbə enerjisini mənimsəyir.

Digər bir əhəmiyyətli çatışmazlıq - idman sükan çarxında hava yastığı yoxdur. Onu quraşdıraraq, sürücü sadəcə toqquşmada əsas qorunmanı itirir. Ancaq bu mənfi cəhət yarış sükan çarxının zəif cəhətləri siyahısından o zaman silinə bilər ki, sürücü üçün ön hava yastığı nəqliyyat vasitəsinin konstruksiyasında təmin olunmasın.

YAXŞI NƏDİR?

Müsbət cəhəti də var: əsil idman sükanı istifadə üçün rahatdır. Daha sümüklü, "zamşa"(maral, dağ keçisi, sığın, südəmər buzov dərisi) və ya digər sürüşməyən material ilə örtülüb. Doğrudur, sonuncu əllərin tərləməsi nəticəsində tez köhnələ və qiymətli xüsusiyyətlərini itirmək xüsusiyyətinə malikdir. Buna görə əlcək götürməyiniz daha yaxşıdır. Yeri gəlmişkən, "şturval"lar, əsasən halqanın qalınlığında güclü "daşqınlara" səbəb olmur: idmançı sükanla çox fəal işləməlidir, böyük boşluqlar və çıxıntılar isə yalnız mane ola bilər.

 

Natiq Nazimoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh