Qəzadan sonra Forma-4 arayışı neçə günə verilməlidir? - Bəzi hallarda arayışa ehtiyac yoxdur

Yol nəqliyyat hadisəsi barədə elektron arayışın (Forma 4) siğorta şirkətinə təqdim edilmə müddəti barədə Baş DYP İdarəsi açıqlama yayıb. İdarədən Avtosfer.az-a daxil olan açıqlamada bildirilir ki, yol nəqliyyat hadisəsi baş verdiyi təqdirdə ilk olaraq sürücü hadisə barədə DYP-yə məlumat verməlidir. Əgər hadisə baş veribsə və sürücü yalnız sığortaya məlumat veribsə, sığorta şirkəti öz növbəsində DYP-yə məlumat ötürməlidir.
Bundan sonra DYP orqanlarında müvafiq araşdırma aparılaraq siğorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış (Forma 4) 10 gün ərzində sığorta şirkətinə təqdim edilir.
"İcbari sığortalar haqqında" Qanunun 58-ci maddəsinə əsasən aşağıdakı hallar mövcud olduğu təqdirdə arayış (Forma 4) tələb olunmur.
1. Hadisə 2-dən artıq olmayan nəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;
2. Hadisənin baş verməsində təqsirli olan sürücünün müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;
3. Hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə; (yəni yalnız maddi ziyan var);
4. Dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.(burada söhbət sığorta təminatı verilən zərərdən gedir, təqsirkara dəyən zərər bura daxil deyil)
Ancaq istənilən yol nəqliyyat hadisəsi barədə DYP-yə mütləq məlumat verilməlidir və DYP orqanı da qanuna uyğun olaraq təqsirli sürücü barəsində inzibati tənbeh tətbiq edərək qərar çıxarmalıdır.
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?










