“Range Rover”i soyulan Afətin avtomobilinin şüşəsini dəmir parçası ilə sındırıblar - VİDEO

Bu şəhərdə” yumor komandası ilə “Instagram”da canlı yayımda söhbət edən müğənni Afət Fərmanıqızı üç gün əvvəl Sumqayıtda “Range Rover” markalı avtomobilinin soyulması barədə məlumat verib.
Bu barədə Avtosfer.az oxu.az-a istinadən xəbər verir.
Sənətçi başına gələn xoşagəlməz hadisəni belə nəql edib:
“Tədbirə qatılmaq üçün Sumqayıta getdim. Avtomobildə bir rəfiqəmlə birlikdə idim. Məkana çatdıq, avtomobildən düşdük. Çantalarımızı maşında qoymaq fikrinə düşdük. Düşünürəm ki, çantaları avtomobilə qoyanda, kənardan kimsə bunu görüb və məni soymaq qərarına gəlib. “Range Rover”də də elə bir funksiya var ki, qapılar maqnit vasitəsilə örtülür və avtomatik bağlanılır.
40 dəqiqədən sonra tədbir bitdi və avtomobilimə doğru addımladım. Qapını açmaq istəyəndə, hiss etdim ki, dəstəyində problem var. Naməlum şəxs qapının dəstəyini o qədər dartıb ki, sınıb. Mənə 1 000 manat ziyan dəydi. Hadisə ilə bağlı polisə dərhal müraciət etdim. Hələ ki, araşdırma gedir. İnanıram ki, polislər məni soymağa çalışan o şəxsi axtarıb, tapacaqlar”.
A.Fərmanqızı bir ay əvvəl imkansız ailələr yardım etdiyi bir vaxtda idarə etdiyi nəqliyyat vasitəsinin ön şüşəsinə dəmir parçası atılaraq, sındırıldığını bildirib:
“Yardım etdiyim bir vaxtda avtomobili çoxmərtəbəli binanın yanında saxlamışdım. Geri qayıdanda ön şüşənin sındırıldığının şahidi oldum. Daha sonra öyrəndim ki, binada yaşayan uşaq dəmir parçasını avtomobilimin üstünə atıb.
Pandemiya başlayandan bu günə kimi mənə ancaq ziyan dəyir. Etdiyim yardımlara görə Allah məni pis bəlalardan qoruyur. Canıma gələn malıma gəlsin”.
"Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir?
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi












