Rolls-Royce Cullinan 3000 kilometrlik rallidə qalib gəlib - VİDEO

"Roadshow" nəşrinin jurnalisti Emma Hall keçən il keçirilmiş Rebelle rallisində qalib gəlib. Tədbir payızda Kaliforniya və Nevada səhralarında keçirilir və bu rallidə yalnız qadınlar iştirak edə bilər. Olduqca mürəkkəb və məkrli üç min kilometrlik marşruta baxmayaraq, Hall və onun komanda yoldaşı Rolls-Royce Cullinan modelinin sükanı arxasında inamlı qələbə qazana biliblər.
Rebelle rallisində iştirak edən avtomobillər iki sinfə bölünür. Birinci kateqoriyaya Jeep Wrangler və Land Rover Discovery kimi oforuderlər daxildir, ikinci kateqoriyada isə, aparıcı kuzova malik olan krossoverlər, məsələn, Rolls-Royce Cullinan və ya Subaru Forester kimi modellər çıxış edirlər. Bütün avtomobillər zavod versiyasında olmalıdır - yalnız yolsuzluq şinlərinin, mühərrikin və asqı elementlərinin müdafiəsinin quraşdırılmasına icazə verilir.
Emma Hall keçən ilki yarışda qalib gəlsə də, ralli haqqında videohesabatı dünən yerləşdirilib.
Rolls-Royce Cullinan modeli 571 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 6,75-litrlik iki turbokompressorlu V12 mühərriki təchiz edilir. Ofrouderin Black Badge versiyası isə, həmin mühərrikin 600 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən versiyası ilə hərəkətə gəlir. «Qara emblemli» Rolls-Royce Cullinan 100 km/saat həddini 4,9 saniyəyə toplayır ki, bu da adi krossoverdə olduğundan 0,3 saniyə yeyindir. Maksimal sürət həddi isə, hər iki versiyada elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdrılıb.(autograph.az)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












