Rusiyada BMW-nin satışı dayandırıldı: Mühərriklərdə deffekt aşkarlanıb

Rusiyada rəsmi dillerlər mühərrikdə aşkarlanan problem səbəbilə dizellə çalışan yeni BMW-lərin müştərilərə təhvil verilməsini dayandırıb.
Üç litr mühərrik həcminə malik avtomobillərin porşenində istehsal defekti aşkarlanıb. Sözügedən defektin güc aqreqatorunun sıradan çıxmasına səbəb ola biləcəyi qeyd olunur.
"BMW Group"un Rusiya nümayəndəliyi "Autonews" nəşrinə açıqlamasında bildirib ki, problem 2021-ci ilin fevral və mart aylarından istehsal olunan avtomobillərdə qeydə alııb. Ümumilikdə Rusiyada 508 defektli avtomobil gətirilib ki, onların da hər birinin mühərrikinin dəyişdirilməsi nəzərdə tutulur.
Avtomobillərin təhvil verilməsinin nə qədər gecikəcəyi, hansı modellərdə defektli mühərriklərin olması, avtomobillərin geri çağırılıb-çağırılmayacağı bəlli deyil. X3, X4, X5, X6 və X7 krossoverləri, "6-cı seriya Gran Turismo" liftbeki, həmçinin Rusiya bazarı üçün 3,5,7-ci seriya sedanları B57D30 turbodizellə təchiz olunub. (oxu.az)
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












