Rusiyaya qarşı sanksiya Azərbaycana avtomobil idxalına necə təsir edəcək?

“Azərbaycana Rusiyadan kifayət qədər xarici markalı avtomobil idxal edildiyi üçün bu ölkəyə qarşı tətbiq edilmiş sanksiyaların Azərbaycanın avtomobil bazarına təsiri qaçılmazdır”.
Bunu “Report”a açıqlamasında Rusiya-Ukrayna müharibəsinin Azərbaycana avtomobil idxalına təsirini şərh edən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev deyib.
Onun fikrincə, sanksiyalar uzun müddət davam etsə, Azərbaycanda Rusiyada yığılmış xarici markalı avtomobillərin qiymətində 700 manata qədər artım ola bilər.
"Məsələn, Azərbaycana Rusiyadan gətirilən “Hundai” markalı minik avtomobilləri ölkəmizə birbaşa vətənindən - Cənubi Koreyadan da idxal oluna bilər. Sadəcə Rusiyadan idxal həm ucuz, həm də tez başa gəlirdi. Koreyadan gətirilmə isə 90 günə qədər çəkə bilər. Eyni sözü "Renault" markalı minik avtomobilləri haqqında da demək olar. Bu maşınları Fransadan və yaxud Rumıniyadan bir qədər baha və gec gətirmək mümkündür. Sanksiyalar uzağı Rusiyada istehsal olunan yerli markalı avtomobillərin Azərbaycana idxalına təsir etməyə bilər. Amma onlar da ola bilsin ki, hansısa çatışmayan hissələri Çindən alırlar", - deyə ekspert qeyd edib.

Rusiya-Ukrayna müharibəsi dünya bazarında neft də daxil olmaqla enerji daşıyıcılarının bahalaşması ilə müşahidə olunur. Bununla belə, avtomobillərin ehtiyat hissələri üzrə ekspert Vüsal Şirməmmədov hesab edir ki, Azərbaycanın apardığı uğurlu qonşuluq siyasəti nəticəsində Rusiyaya qarşı sanksiyalar Azərbaycana idxal edilən ehtiyat hissələrinin qiymətlərinə az təsir edəcək. "Ümumi götürsək enerji daşıyıcılarının bahalaşması bütün istehsal sahələrinə təsir edəcək. Amma mən hesab edirəm ki, bu, yaxın günlərdə gözlənilən proses deyil. Yəni müharibə uzanarsa, ehtiyat hissələrinin bahalaşması mümkündür. Xammal məsələsində problem yarada bilər. Bizdə daha çox kiçik minik avtomobillərindən istifadə edilir, amma kənd təsərrüfatı təyinatlı texnikalar əsasən Rusiya istehsalıdır. Yəni kiçik avtomobillərə təsiri azdır.
Məsələyə Azərbaycan kontekstindən yanaşsaq əminliklə deyə bilərəm ki, bu proses ölkəmizə o qədər də təsir etməyəcək. Çünki bizim Rusiya ilə müttəfiqlik müqaviləmiz var. Biz balanslaşdırılmış siyasət yürütdüyümüzdən dolayı bu məsələnin bizə ciddi təsiri olmayacağını düşünürəm. Təbii ki, bu ölkəmizin apardığı uzaqgörən siyasətin nəticəsidir. Amma qlobal baxımdan yüksək artım olacaqsa, bu, müəyyən formada bizə də təsir edəcək”.
Xatırladaq ki, Ukraynaya hücuma görə, bir sıra avtomobil brendləri Rusiya ilə əməkdaşlığa xitam vermək qərarına gəlib. Bir sıra istehsal müəssisələri isə Rusiyanı tərk edirlər. Həmin brendlərin bir çoxunun məhz Şimal qonumuzun şəhərlərində istehsal etdiyi avtonəqliyyat vasitələri Azərbaycana idxal edilirdi.
Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ
Yarım əsrlik “Niva” 60 min manata satışa çıxarıldı - FOTOLAR
Açıq səma altında avtomobil muzeyi tarixə qovuşdu - FOTO
Elektromobil və hibrid satışında növbəti rekord
Beton yolun insan səhhəti üçün zərərli olduğu bildirilir - FOTO
Avtomobil bazarında SON VƏZİYYƏT - VİDEO
Tamamilə Yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat - FOTO
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO










