Sağlamlıq arayışı neçəyə başa gəlir?

Son günlərdə sürücülər üçün tibbi arayışların verilməsindəki neqativ hallar geniş müzakirə olunur. Məsələyə münasibət bildiriən ekspertlərin fikirlərinə hörmətlə yanaşıram və bu məsələdə başqa bir ölkənin təcrübəsini misal çəkmək istəyirəm. `
Fransa vətəndaşı olan filoloq həmkarım bir dəfə söhbət zamanı zarafatla belə bir söz işlətdi: “Fəlsəfə doktoru diplomu mənə sürücülük vəsiqəsindən daha asan və ucuz başa gəldi”.
Qalan təfərrüatı yazıb uzunçuluğa yol vermək istəməsəm də deyim ki, həmkarımın dediklərində həqiqət payı az deyil. Fransada sürücülük üçün tibbi müayinədən keçməklə çek-ap müayinə arasında ciddi fərq yoxdur. Müayinədək əvvəl iddiaçı xəstəliklərin olub-olmamasına dair 4 səhifəlik anket doldurmalıdır. İddiaçı şərəf və ləyaqətinə and içərək anketi imzalayır. Bu anamnez tibb müəssisəsinin işini asanlaşdırmaq üçündür. Əgər sürücünün hansısa problemi varsa heç bir müayinə aparılmadan onu mədəni surətdə yola salırlar.
Müayinə qiymətinə gəlincə: xidmət rüsumu 36 avro, psixotexniki müayinə 100 avro. Bundan sonra hər növbəti həkim qəbulu xəstəxananın hüquqi formasından asılı olaraq 36-50 avro arası dəyişir. Sidik və qan analizi də ayrı-ayrılıqda bu qiymətədir.
Başalayaq psixotexniki müayinədən. Bura nələr daxildir?
Oftalmoloqun müayinəsi,
LOR həkiminin müayinəsi,
Nevropatoloqun müayinəsi,
Psixiatrın müayinəsi,
Kardioloqun müayinəsi,
Ortopedik müayinə,
Vərəm müayinəsi,
Metabolizm müayinəsi,
Ümumi kliniki müayinə.
Bundan başqa, narkotik və alkoqol asılılığını müəyyən etmək üçün qan və sidik analizi aparılır.
Ümumilikdə bu müayinələr 1 həftəyə ərsəyə gəlir, iddiaçı azı 500 avro xərcləməli olur. Ən ağır əməliyyatların sığorta ilə qarşılandığı ölkədə sürücülük müayinəsi iddiaçının öz hesabına aparılır.
Müayinədən keçən və analiz materialını təhvil verən iddiaçının klinikaya təkrarən qayıtmasına ehtiyac qalmır. Bütün sənədlər onun ünvanına elektron formada göndərilir.
Bu məsələdə Fransadakı sürücülük kursları da iddiaçıları müəyyən mənada yönləndirir. Kursa gələn namizədlərə hansı hallarda müayinədən keçə bilməyəcəkləri deyilir. Bundan sonra seçim iddiaçınındır: ya maşın sürmək arzusundan vaz keçmək, ya da boş yerə hazırlıq kursuna 2 min avroyadək pul ödəmək.
Bundan əlavə, sürücülür 60 yaşınadək hər 5 ildə bir dəfə, 60-76 yaş arasında hər 2 ildə bir dəfə müayinədən keçməlidir. Daha yaşlı sürücülər üçün müayinə 1 il müddətinə qüvvədədir.
Sözardı: Fransız həmkarıma vaxtilə MDB ölkələrinin birində 500 dollara 1 gün ərzində sürücülük vəsiqəsi düzəltməyi təklif etmişdilər. O isə fransızsayağı qorxaqlıqla imtina etmişdi.
Vüqar
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










