Şəhərlərin mərkəzi belə avtomobilsizləşdirilir – BEYNƏLXALQ TƏCRÜBƏ

Bakıda daha bir ərazisində – metronun 28 May stansiyasının ətrafında şəxsi avtomobillərin hərəkəti qadağan edildi. Narazı olanlar da tapıldı və bu narazılığı başa düşmək olar. Bəs ümumiyyətlə belə bir təcrübə dünyada mövcuddurmu? Başqa ölkələrdə şəhərin mərkəzindəki yükü azaltmaq üçün hansı tədbirlər görülür?
Şəhərin hansısa ərazisində avtomobillərin hərəkətinin qadağan edilməsi təcrübəsi yeni deyil. Elə Azərbaycanın özündə sovet dövründən Nizami küçəsində nəqliyyatın hərəkəti müəyyən dərəcədə məhdudlaşdırılıb. Hazırda heç kim buna mənfi yanaşmır. Əksər ölkələrdə tarixi məkanlara avtomobillə giriş ciddi şəkildə limitləşdirilir. Bir sözlə, bakıda həyata keçirilən məhdudiyyətlərlə Avropada olanlar ciddi şəkildə fərqlənmir.
Son illərdə isə əhalinin sıx yaşadığı əraziləri avtomobildən təmizləmək üçün avtomobillərin ekoloji sinifləri əsas götürülür. Avropada əksər aşağı emissiyalı zonalara (ingiliscə - LEZ) Avro-4 sinfindən aşağı nəqliyyat vasitələrinin buraxılmasına icazə verilmir. Elektromobil və hidrogen mühərrikli avtomobillərə isə məhdudiyyət yoxdur.
Bu cür tədbirlər özünü kifayət qədər doğruldur. Şəhər mərkəzlərində şəxsi avtomobillərin məhdudlaşdırılması təhlükəsizlik baxımından da ciddi amildir. Hər hansı fövqəladə hal zamanı bu ərazilərdə operativ nəqliyyat vasitələri daha rahat hərəkət edə bilir. Son nəticədə vətəndaşların əmlakına və həyatına dəyən ziyan da minimuma enir.
Belə bir sual da ortaya çıxır: avtomobilsiz ərazilərdə necə hərəkət etməli? Yeganə doğru cavab düzgün təşkil edilmiş ictimai nəqliyyatdır. Xüsusən də elektrik nəqliyyatı. Məhz bu təqdirdə “maşınsız mümkün deyil, yaşlı adam var” kimi bəhanələrə də yer qalmır.
Vüqar
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı













