Sərxoş sürücü saxlanılıb- VİDEO

Ötən gecə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları sərxoş sürücülərə qarşı aparılan mübarizə çərçivəsində növbəti reyd həyata keçiriblər. Tədbir zamanı avtomobili içkili halda idarə edən sürücülər saxlanıblar. Avtosfer.az anspress-ə istinadən məlumatına görə, belə sürücülərdən biri paytaxtın Binəqədi rayonu ərazisində, Cəfər Xəndan küçəsində saxlanılıb. Pənahov Orxan İsmayıl oğlu idarə etdiyi “Range Rover” markalı avtomobildə yol hərəkət qaydalarını pozduğu üçün yol polisləri tərəfindən saxlanılıb. Bundan sonra sürücü tibbi müayinədən keçirilməsi üçün ekspertizaya aparılıb. Sürücünün hadisə yerində olan dostları isə avtomobilin polislər tərəfindən dayanacağa aparılmasına etiraz edərək onlarla mübahisə ediblər. Daha sonra avtomobil cərimə meydançasına aparılıb. Orxan Pənahovun etdiyi qanın pozuntusuna isə araşdırmalardan sonra hüquqi qiymət veriləcək.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR

















