Son 6 ildə Bakıda avtomobillərin sayı 100 min ədəd azalıb - SƏBƏB BUDUR
Avtoxəbər
3 May 2021 18:10

"2015-ci il böhranından sonra avtomobillərin sayında azalma müşahidə olunur”. Bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov son 6 ildə Bakı şəhəri üzrə minik avtomobillərinin sayının 100 min ədədə yaxın azalması ilə bağlı rəsmi statistikaya aydınlıq gətirərkən deyib. Onun sözlərinə gərə, burada səbəblərdən biri əhalinin istehlak gücünün azalmasıdır: "Burada bir necə səbəb var. Biri qeydiyyatla bağlıdır. Ola bilsin ki, son illər qeydiyyatla bağlı müəyyən qədər nəzarət güclənib. Ona görə də avtomobillərin regionda yaşayan vətəndaşların adına keçirilməsi prosesi sürətlənib. 2015-ci ildən sonra bank məsələlərində ictimai qırılma müşahidə edilir. Kimlərsə kiminsə adına hansısa avtomobili alıbsa, burada problemlər ortaya çıxardı. Bundan əlavə, kreditlərin verilməməsi də bir başqa problem yaşatdı. Sonra insanlar daha ehtiyatlı olur. Regionda yaşayan insanların avtomobilləri öz adına rəsmiləşdirməsində problemlər müəyyən qədər aradan qaldırılıb. Düşürünəm ki, əsas avtomobillərin bir qismi Bakıdadır, amma sadəcə rayonda qeydiyyatdadır. İkinci səbəb kütləvi sərnişin daşıma sahəsində irəliləyişlər var. Müəyyən gözlə görə biləcəyimiz keyfiyyət dəyişikləri var. Bu özü ictimai nəqliyyatdan istifadəni qismən də olsa təşviq edir və fərdi avtobillərdən istifadə azalmaqdadır”.
Ekspert bildirib ki, 2015-ci il böhranından sonra avtomobillərin sayında azalma olmasının səbəblərindən biri ondan əvvəlki dövr üçün formalaşmış borc öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır: "Bir qism vətəndaş öz avtomobillərini satmaq məcburiyyətində qaldı”.
Oxunub : 2214
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 17:48
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
14 Oktyabr 2026 14:41
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
13 Oktyabr 2026 19:27
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
13 Oktyabr 2026 14:23
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
12 Oktyabr 2026 18:54
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
12 Oktyabr 2026 17:41
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
12 Oktyabr 2026 17:16
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
12 Oktyabr 2026 15:36
Azərbaycanda avtomobillər bahalaşdı
11 Oktyabr 2026 19:47
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
10 Oktyabr 2026 13:45
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
9 Oktyabr 2026 21:12
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
9 Oktyabr 2026 15:26
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
ŞƏRH YAZ












