«Ştutqart» Mağazalar Şəbəkəsi növbəti dəfə müştəriləri ilə görüşdü - FOTOLAR

Almaniya, Koreya və Yaponiya kimi ölkələrin məşhur avtomobillərinin («Mercedes», «BMW», «Range Rover», «Toyota», «Nissan», «Mitsubishi», «Lexus») orijinal ehtiyat hissələrinin satışı ilə məşğul olan «Ştutqart» Mağazalar Şəbəkəsi növbəti dəfə müştəriləri ilə görüşüb. Martın 9-da «Park Bulvar» alış-veriş mərkəzində baş tutan tədbirdə tanınmış sənət adamları da iştirak ediblər.
Hər il ənənəvi olaraq keçirilən görüş xanımlara gül paylanması ilə başlayıb. Bundan sonra çıxış edən «Ştutqart» Mağazalar Şəbəkəsinin icraçı direktoru Qoşqar Cəfərov və satış departamentinin direktoru Fərhad Rəfiyev qonaqları salamlayaraq keçdikləri həyat yolu və mağazalarda olacaq yeniliklər barədə məlumat veriblər. Görüşdə Raqif Raufoğlunun aparcılığı ilə müştərilər və izləyicilərlə müxtəlif mövzularda sual-cavab aparılıb. Verilmiş suallara doğru cavab verən müştərilər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Saytımıza müsahibə verən «Ştutqart» Mağazalar Şəbəkəsinin reklam departamentinin rəhbəri Xəyal Həsənov bildirib ki, hər il 9 mart tarixində «Ştutqart»ın yaşı ilə əlaqədar olaraq bu tip tədbirlər keçirilir və bu ənənə gələcək illərdə də davam edəcək: «Əsas məqsəd müştərilərlə daha yaxın ünsiyyətdə olmaq, onları müxtəlif viktorinalarla sevindirmək və ənənəvi kampaniyalar haqqında informasiya çatdırmaqdır. Əgər bu gün artıq kifayət qədər xanım sürücülər də avtomobil idarə edirlərsə, deməli, belə ticarət mərkəzlərində görüş planlaşdırmaq olar. Maraqlıdır ki, sorğularımızda hər yaş qrupuna aid olan insanlar və eyni zamanda, kişilər qədər xanımla da aktiv iştirak edirlər. 11 yaş münasibəti ilə şirkətimizin daha bir möhtəşəm tədbiri var ki, bu barədə də məlumat veriləcək”.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları

























