Sükan arxasında telefondan istifadəyə görə CƏRİMƏ QALDIRILDI

Bu ölkədə sükan arxasında telefondan istifadəyə görə cərimə 420 avroya qaldırılıb
Martın 1-dən Niderlandda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr orta hesabla 10 faiz artırılıb.
Martın 1-dən işıqforun qırmızı işığında keçməyə görə cərimə 280 avrodan 300 avroya yüksəlib. Avtomobil idarə edərkən telefonla danışan sürücülər isə 420 avro cərimə və üstəlik 9 avro inzibati rüsum ödəməli olacaqlar.
Deputatlar, Dövlət Şurasının məşvərətçi orqanı və prokurorluq yüksək cərimələrin dövlət tənzimləmə sisteminə ictimai dəstəyi azaltdığını əsas gətirərək, maliyyə cəzalarının artırılmasına qarşı çıxıblar. Yerli yol təhlükəsizliyi təşkilatı VVN isə yüksək cərimələrin yalnız düzgün icra ilə birlikdə təsirli olduğunu düşünür.
“Sürücülər ehtiyatsız hərəkətlərinin nəticələrini bilməlidirlər. Cərimələr yol təhlükəsizliyini təkmilləşdirməyin yeganə yoludur”, - deyə qurumun mətbuat katibi Villemeyn Plomper bildirib. (Xezerxeber.az)
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












