Sürət həddini aşmağa görə 116 min cərimə ödədi

Fin biznesmeni Reima Kuisla 54 min avro cərimələnib. Buna onun sürət həddini saatda 23 kilometr aşması səbəb olub. Bu ölkədə proqresiv cərimə şkalası mövcuddur. Cərimənin məbləği qaydanı pozanın rəsmi bildirdiyi gəlirinə görə müəyyən edilir. Biznesmenin cəzalandırılması hakimiyyətin onun 2013-cü ildəki vergi deklarasiyasını öyrəndikdən sonra həyata keçirilib. Həmin dövrdə Kuisla 6,5 milyon avro qazanıb. Avtosfer.az-ın məlumatına görə, qeyd edilir ki, bu cür cərimə sisteminin tətbiqi təminatında aslı olmayaraq insanların «cəzanı zəruriliyini» hiss etməsi üçün istifadə edilir. Yəni eyni qayda pozuntusuna görə, sürücülər gəlirlərinə uyğun cərimə ödəyirlər. Kuisla bildirib ki, qaydaları pozarkən Mercedes avtomobilinin sükanı arxasında olub. Biznesmen cəzanı ədalətli saymadığını söyləyib: «On il əvvəl xaricə getməyi fikirləşmirdim. Lakin indi Filandiyada əgər yaxşı qazanırsansa, yaşamaq çətindir».
Xatırladaq ki, 2002-ci ildə sürət həddini aşmaya görə ən yüksək cərimə tədbiq olunub. Həmin vaxt Ansi Vanjoki 116 min avro cərimələnib. Ansi Nokia şirkətinin direktoru idi.
Fidan
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












