Sürücülər koronavirusdan necə xilas ola bilərlər? - Mütəxəssis məsləhəti

Bütün dünya koronavirusun yayılmasının nəyə səbəb olacağını gözləyir. İnsanlara evdən çıxmamaq, əllərini daha tez-tez yumaq və həyacana təslim olmamaq tövsiyə olunur. Ancaq sürücülər belə bir vəziyyətdə necə hərəkət etməlidir, onlar hansı tədbirləri görməlidirlər?
Nağd pulu unudun
Avtosfer.az bildirir ki, sürücülər də mümkün qədər izdihamlı yerlərdən qaçmalıdırlar. İnternet mağazalarından ehtiyacınız olanları və bəzi məhsulları almağa çalışın. Nağd ödənişlərdən imtina etmək və bunun əvəzinə bank kartından istifadə etmək daha yaxşıdır. Digər sürücülərlə əlaqə yaratmamaq üçün yanacaqdoldurma məntəqələrində az adamın olduğu bir vaxtda avtomobilə yanacaq doldurmaq daha yaxşıdır.
Avtomobil dezinfeksiyası

Mütəxəssislər avtomobildəki dezinfeksiyaedici maddələr olan xüsusi dəsti əldə etməyi məsləhət görürlər. Buraya alkoqollu əl jelesi, spirtli nəm salfetlər və birdəfəlik əlcəklər daxildir. Nəm salfetlərlə sükan çarxını və ötürücü qutunun çubuğunu müntəzəm silməlidirlər, çünki əksər mikrob və bakteriya onlara toplanır. Avtomobilə yanacaq doldurması zamanı yanacaq tapançasına çılpaq əllərlə toxunmamaq üçün birdəfəlik əlcəklərdən istifadə edilə bilər. Klassik avtomobil yuma məntəqələrinin xidmətindən imtina etmək və avtomobilinizi özünüzün yumanız daha məsləhətlidir.
Hər şeyi evdən edin
Nəqliyyat vasitəsi sahiblərinin icbari məsuliyyət sığortasını uzatmaq lazımdırsa, o zaman heç yerə getmək lazım deyil. Elektron sığortanın tətbiqi ilə avtomobiliniz üçün internet vasitəsi ilə sığorta ala bilərsiniz. Eynilə, internet vasitəsilə ümumi növbədə dayanmamaq üçün yol polisinə yaza bilərsiniz. Dövlət xidmətləri portalı uzaqdan müxtəlif qurumlara qeydiyyatdan keçməyə imkan verir, bu, çoxlu sayda insanın bir yerə toplanmasının qarşısını alır.
Natiq Nazimoğlu
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur













