Sürücülərə xəbər: “İçərişəhər”ə avtomobillərin girişi qadağan edilir

Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Əli və Nino” filminin çəkilişləri ilə əlaqədar martın 2-dən 14-ə qədər “İçərişəhər”ə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, martın 4-dən Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız “İçərişəhər”in sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq.
Filmin çəkilişləri əsasən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaq. Əsərdə dövrlə bağlı obraz və hadisələri dolğun canlandırmaq üçün həmin məkanlarda XIX əsrin sonu-XX əsrin əvvəllindəki Bakı mühitinə uyğun dekorasiyalar qurulacaq.
Çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.
Fidan
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












