Sürücülərə xəbər: Yollarda yeni sistem və MMX protokollar olacaq

Azərbaycan Respublikası Prezidentinin avtomobil yollarının qorunması ilə bağlı dünən verdiyi sərəncama uyğun olaraq çox yaxın gələcəkdə yollarımızda yeni nəzarət qurğuları meydana çıxacaq. Avtosfer.az xəbər verir ki, bu qurğular avtomatik rejimdə işləyən və yol örtüyünün altına yerləşdirilmiş elektron tərəzidən, həmin tərəzinin qeydə alındığı məlumatları emal edən hesablayıcı moduldan, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanını və ümumi görüntüsünü qeydə alan foto və ya video qurğudan, habelə bütün bu məlumatları Mərkəzi İnformasiya Sisteminə ötürə bilən rabitə vasitəsindən ibarət olacaq. Yeni qurğular yollarda ağır çəkili nəqliyyat vasitələrinin həm ümumi kütləsinin, həm də oxlara düşən kütləsinin qanunvericilikdə yol verilən normativlərə uyğunluğuna nəzarət edəcək. Onlar hətta avtomobilin sürətini və oxları arasındakı məsafəni də müəyyən edə bilir. Qurğu yük normasının pozulması faktlarını müəyyən etdikdə avtomatik olaraq bunu qeydə alacaq və Baş DYP İdarəsinin Mərkəzi Məlumat Sisteminə ötürəcək. Burada isə hazırda sürücülərimizin yaxşı tanıdığı elektron protokollar tərtib olunacaq və nəqliyyat vasitəsinin sürücüsünün və ya sahibinin ünvanına göndəriləcək.
Bütün bunlar yaxın gələcəyin işidir. Həmin avadanlıqlar alınmalı və Nazirlər Kabinetinin müəyyən etdiyi yerlərdə quraşdırılmalıdır. Bundan başqa, belə qayda pozuntularına görə məsuliyyət müəyyən edən qanunvericilikdə də müvafiq dəyişikliklər edilməlidir. Qanunvericilikdə əksini tapmalı olan məsələlərdən biri yük normalarını pozduğuna görə qeydə alınan nəqliyyat vasitəsinin həmin qurğudan sonra belə vəziyyətdə hərəkətini davam etdirib-etdirməməsi ilə bağlı olmalıdır. Belə nəzarət sisteminin xeyli müddətdir ki, mövcud olduğu bəzi ölkələrdə avtomatik tərəzinin qeydə aldığı nəqliyyat vasitələri tərəzidən sonrakı xüsusi postda dayandırılır və onların yükü normaya salınmamış hərəkətinə icazə verilmir. Bəzi ölkələrdə isə belə qayda mövcud deyil və yük normasını pozan avtomobil faktiki olaraq belə vəziyyətdə (yolu dağıda-dağıda) mənzil başına gedə bilər.
Ərşad Hüseynov,
hüquqşünas
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...
Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR
Bu şəxslər maşın sürərkən təhlükəsizlik kəməri taxmaya bilərlər
Yeni nəsil nəqliyyat vasitələrində gözlənilməz zəiflik aşkarlandı - Süni intellekt əsaslı ...
Avtomobil akkumulyatorunun ömrünü necə uzatmaq olar?
"BMW" və “Mercedes”lərin satışlarının qadağan edilməsi istənilir
Maşın nömrələrini gizlədən qurğu - Alanları hansı cəza gözləyir? - VİDEO










