Sürücülərimiz yağışlı havadan niyə çəkinir? - FOTO

Bakıda cüzi yağıntı olan kimi avtomobillərin hərəkət sürəti saatda 20 kilometrə düşür, əvvəlki günlərdə “sağ-sol edənlər, ara işləyənlər” yoxa çıxır. Əvəzində isə qeyri-iş günlərində də uzun tıxaclar yaranır, ictimai nəqliyyatın işi iflic olur. Bəs səbəb nədir? Niyə sürücülərimiz yağışlı havada hərəkət etməkdən qorxurlar?
Avtosfer.az xəbər verir ki, heç bir şey səbəbsiz deyil. Əvvəla, avtomobillərin çoxu mövsümi təkərlə komplektləşdirilmədiyi üçün azacıq yağış tormoz yolunun kifayət qədər artmasına səbəb olur (avtomobillərin çoxunda ABS-in yalnız adı var!). Bəzi küçələrdə sel yarandığı üçün sürücülər daha aşağı sürətlə getməyə məcburdurlar. Bunu bir qisim sürücü piyadalara hörmət üçün, bir qisim də maşını qorumaq naminə edir.
Ən pis məqamlardan biri də yağışın yollardakı çalaları örtməsidir. Çala və ya açıq kanalizasiya yaxşı halda yolda hərəkətin dayanmasına, pis halda isə avtomobilin çox bahalı təmirinə səbəb olur. Bəzi keçid və tunellərdə suyun ortasında qalan avtomobilləri dəfərlərlə xəbərlərdə görmüşük.
Üstəgəl, yağışlı havada tormoz məsafəsi ilə yanaşı görmə məsafəsi də azalır. Gecə saatlarında isə vəziyyət daha ağır olur. İnsanlar daha çox qara geyimə üstünlük verdiyi üçün sürücü piyadanı görə bilmir. Qanunvericilikdə isə görünməni çətinləşdirən geyimə görə heç bir məsuliyyət yoxdur.
Bütün amillər bir yerə toplandıqda isə dəhşətli, saatlarla davam edən tıxaclar yaranır.
Vüqar
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı












