Sürücülərin diqqətinə! - Bakıya giriş bağlandı

Bakıda dövlət səviyyəsində keçiriləcək Novruz şənlikləri ilə əlaqədar bir sıra küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq. Bunu Avtosfer.az-a Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. O bildirib ki, bayram şənlikləri ilə əlaqədar martın 19-da saat 07:00-dan paytaxtın Neftçilər prospekti istiqamətində kəsişən bütün küçə və prospektlərdə nəqliyyatn hərəkətinə tədbir tam başa çatanadək məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək: "Konstitusiya Məhkəməsi və Qoşa Qala qapısının önündən başlanan tədbir daha sonra İçərişəhər, Neftçilər prospekti, Dənizkənarı bulvar boyu və digər yaxın ərazilərdə keçiriləcək. Bunu nəzərə alaraq, paytaxtın qeyd edilən hissəsinə doğru Bakı-Salyan yolunun 14-cü km-dən, Bayıl və 20-ci sahə dairələrindən, “Dalğa Plaza” hotelinin yanından, eyni zamanda, Mikayıl Müşfiq dairəsindən, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən, eləcə də Teymur Elçin-Mehdi Hüseyn, Yusif Səfərov-28 May, Yusif Səfərov-Afiyəddin Cəlilov, 28 May-Bülbül, İstiqlaliyyət-Niyazi, İstiqlaliyyət-Şeyx Şamil, İstiqlaliyyət-Azərbaycan, Şeyx Şamil-Lermantov küçə və prospektlərinin kəsişməsindən və digər hissələrdən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək".
Vaqif Əsədov bildirib ki, paytaxt sakinlərindən, sürücü və piyadalardan, Novruz şənliyinə qatılmaq istəyən şəxslərdən xahiş olunur ki, bunu nəzərə alıb həmin istiqamətlərdə yalnız ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər. Bölgələrdən paytaxta doğru gələnlər isə Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü Kənar dairəvi yolla hərəkət edə bilərlər.
Elməddin
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










