Sürücülərin diqqətinə! Bu yolda hərəkət sxemi dəyişdirildi - VİDEO - FOTO

Bu yolda hərəkət sxemi dəyişdirilib. Avtosfer.az xəbər verir ki, paytaxtın Neftçilər prospektində (Əl Oyunları Sarayının qarşısında) yola svetofor qoyularaq hərəkət sxemində bəzi dəyişikliklər olunub. Belə ki, Azneft dairəsindən üzü Bayıl qəsəbəsi istiqamətinə gedən nəqliyyat vasitələrinin sürücüləri yol nişanlanma xəttinin tələbi ilə sağ zolağa yerdəyişmə edərək düzünə hərəkət üçün yalnız sağdakı iki zolaqla hərəkət etməli olacaqlar. Sol zolaqla isə yalnız sola "Əl Oyunları Sarayı" istiqamətinə dönə biləcəklər. Svetofor obyektində isə əlavə bölmələr quraşdırılıb. Həmçinin piyadaların hərəkəti üçün piyada zolağı da çəkilib.
Sol zolağın daralma yerində sağ zolaqda parklanmaya icazə verilən 5.15 nişanı çıxarılaraq, onun yerinə dayanma durmanı qadağan edən 3.27 nişanı quraşdırılıb.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.
Təbriz
"Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir?
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi

















