Sürücülərin nəzərinə: Bu yolda hərəkət qaydaları dəyişdirildi - FOTO

Bakının Tbilisi prospektində “Şamaxinka” adlanan ərazidə yol hərəkəti qaydalarında dəyişiklik edilib. Bu barədə məlumat sosial şəbəkədə sürücülər tərəfindən paylaşılıb. Paylaşım edən şəxs Sumqayıt istiqamətindən paytaxta giriş edən avtomobillər üçün “Şamaxinka”da “Alov” zavoduna çatmamış qoyulan geriyə dönmə nişanının ləğv olunduğunu qeyd edib.
Vurğulanır ki, bunu bilməyən sürücülər oradan geri döndüyü üçün cərimələnir.
Avtosfer.az-ın məlumatına görə məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, sözügedən ərazidə yenidənqurma işləri çərçivəsində yol hərəkəti qaydalarına müəyyən dəyişikliklər edilib:
“Bakının “20 Yanvar” dairəsi kimi tanınan ərazisində nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı dəyişiklik edilməsi nəzərdə tutulub. Artıq müəyyən tədbirlər görülüb. Bildiyiniz kimi, sözügedən ərazidə yolun genişləndirilməsi, asfalt örütyünün yenilənməsi işləri aparılır. Sürücülər geri dönmək üçün “20 Yanvar” körpüsünün altından keçə bilər”.
Oxu.az
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












