Taksi icazələrinin verilməsinə başlandı - AYNA-ya müracət etmək lazımdır

Azərbaycanda uzun illərdən sonra taksi fəaliyyəti üçün icazə sənədlərinin (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alınmasına başlanılıb. Avtosfer.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, artıq 600-dən çox sürücü AYNA-ya müraciət edərək icazələri əldə edib.
Qeyd edək ki, avtomobilin istehsal ili 15 ildən artıq olduqda və sürücünün sağlamlıq haqqında sənədi, eləcə də sürücü təlim mərkəzindən sertifikatı olmadıqda “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” verilmir.
İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skanerdən çıxarılmış surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.
Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.
Emin
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!













