Taksi sürücüləri çətin durumda - Fərqlənmə var, amma cərimə yazılır
Avtoxəbər
6 İyul 2020 13:04

Yol polisindən taksi sürücülərinin fəaliyyəti ilə bağlı açıqlama
Xəbər verdiyimiz kimi, iyulun 5-dən etibarən fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə iş çıxarılmasına olan tələblərə əsaslanaraq qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub. Nazirlər Kabinetinin qərarına əsasən fəaliyyətinə icazə verilən sahələr siyahısında taksi xidmətləri də yer alsa da, bu sahədə çalışan, xüsusilə də, şəhərlərarası taksi fəaliyyəti ilə məşğul olan sürücülərin 4 iyul tarixində yenidən təsdiqlənmiş icazələri ləğv olunub.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu sahədə çalışan vətəndaşlar da adlarınının “icazə.e-gov.az” portalında olub-olmamasını yoxladıqdan sonra fəaliyyət göstərə bilərlər: “Polis cəzanı yalnız müvafiq icazəsi olmadan evdən çıxmış şəxslərə tətbiq edir. Taksilərin neçəsinin sayının məhdudlaşdırılıb, neçəsinə icazə verildiyini deyə bilmərəm. Taksi sürücüləri də eyni qaydada icazələrinin olub-olmamasını yoxlasınlar, ondan sonra fəaliyyət göstərsinlər”.
Oxunub : 2632
DİGƏR XƏBƏRLƏR
23 Oktyabr 2026 22:52
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
22 Oktyabr 2026 23:59
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
22 Oktyabr 2026 19:33
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
22 Oktyabr 2026 16:41
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
22 Oktyabr 2026 13:18
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
21 Oktyabr 2026 16:41
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
20 Oktyabr 2026 15:14
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
20 Oktyabr 2026 14:18
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
19 Oktyabr 2026 20:59
Ən az enerji sərf edən elektromobil bəlli oldu
19 Oktyabr 2026 17:09
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
19 Oktyabr 2026 15:16
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
18 Oktyabr 2026 11:56
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
ŞƏRH YAZ












