Taksi sürücülərinin nəzərinə! – Sizdən bunlar TƏLƏB OLUNUR – VİDEO

Koronavirus infeksiyasının qarşısını almaq üçün sabahdan marşrut avtobuslarının və taksilərin fəaliyyətinə dair qaydaların tətbiqinə başlanılacaq. Qaydaları pozanlar 100 manat cərimə ediləcək. Bu gün kiçik araşdırma zamanı isə məlum oldu ki, sürücülər arasında yeni qaydalara hazırlıq görənlərlə yanaşı, bundan məlumatsız olanlar da var.
Əksər sürücülərin pandemiya dövründə marşurt avtobuslarının və taksilərin fəaliyyətinə dair sabahdan tətbiq ediləcək qaydalardan məlumatı yoxdur.Yeni qaydalarda qeyd edilib ki, sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün nəqliyyat vasitələrində kabina olmadıqda onların arasında şəffaf arakəsmələr quraşdırılmalıdır.
Bakıda marşurt avtobuslarında çəkiliş apardığımız zaman məlum oldu ki,əksər avtobuslarda bu arakəsmələrin quraşdırılmasına ehtiyyac var. Ancaq bəzi sürücülərin onlara sahibkarlar tərəfindən bu barədə məlumat verilmədiyinin bildirsələrdə,yeni qaydadan məlumatlı olanlarda var.
Bu gecədən tətbiq ediləcək digər bir qayda isə taksi fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlıdır. Qaydalara görə, Şəhərdaxili taksilərdən istifadə edən müştərilər yalnız arxa oturacaqlarda otura bilər. Bundan əlavə, taksi sürücüsü ilə arxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır.
Qaydalara görə,bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalıdır. Sürücülər bir yerə yığışmamalı və öz aralarında sosial məsafənin saxlanılmasına əməl etməlidirlər. Bundan başqa sürücülər arasında təmaslar minimuma endirilməlidirlər. Ümumilikdə isə bu qaydalara əməl etməyənələr 100 manat miqdarında cərimə oluna bilərlər.
"Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir?
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi












