Tanınmış reper maşını ilə 2 nəfəri əzdi - VİDEO

Prodüsser və reper Şuq Naytın iki nəfəri maşını ilə vurarkən çəkilən videosu yayılıb. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, yanvarın əvvəlində baş verən hadisənin görüntülərini "TMZ" yalnız bu gün yayıb. Hadisə ABŞ-ın Kompton şəhərində olub. Hip-hop qrupuna həsr edilən sənədli filmin çəkilişləri arasındakı fasilə zamanı Nayt, dostu Terri və başqa bir adam arasında mübahisə olub və 20 dəqiqə davam edib. Bundan sonra Nayt və çəkilişdə iştirak edən digərləri nahar etmək üçün başqa yerə gediblər və orada da mübahisələri davam edib. Əsəbiləşən Nayt öz maşınına minərək Karterə və onun yol yoldaşına çatıb və onları maşını ilə vurub. Nəticədə 55 yaşlı Karter xəstəxanada keçinib. O birisi isə ağır vəziyyətdədir.
Həmin hadisədən sonra reper axtarışa verilib. Bir müddət sonra o, özü polisə təslim olub. Lakin Şuq Nayt 2 milyon dollar müqabilində zaminə buraxılıb. Reperin vəkili isə məhkəmədə bildirib ki, Nayt ona hücum edənlərdən qaçan zaman iki nəfəri istəmədən vurub. Hadisənin şahidləri bunun əksini iddia ediblər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












