"Tesla" insanları belə aldadırmış

"Tesla"nın CEO-su İlon Mask üçün problemlər davam edir. Bu dəfə ABŞ-də şirkətə qarşı qrup iddiası qaldırılıb.
Avtosfer.az "Bild"ə istinadən xəbər verir ki, əsas ittiham "Tesla"nın guya öz avtomobillərinin odometr göstəricilərini saxtalaşdırmasıdır.
Los-Anceles sakini Nari Hinton iddia edir ki, onun "Tesla"sının odometri əslində sürdüyündən xeyli çox mil göstərir. Onun sözlərinə görə, bu, şirkətə avtomobilin zəmanət müddətini süni şəkildə qısaltmağa imkan verir, çünki yürüş onun etibarlılığının əsas göstəricisidir.
Hinton iddia edir ki, 2023-cü ilin yanvar ayından iyun ayına qədər o, gündə təxminən 20 mil sürətlə yalnız işə və bəzən idman zalına maşınla gedirdi. Bununla belə, avtomobilin odometri bəzən 115 kilometrə qədər göstərirdi. Hinton eyni problemlə altıncı dəfə servis mərkəzinə müraciət etdikdə, səlahiyyətli mərkəz zəmanət müddəti bitdiyini əsas gətirərək pulsuz təmirdən imtina edib.
Zəmanət müddəti başa çatdıqdan sonra, cihaz faktiki yürüşün yarısını göstərməyə başlayıb.
Onlayn forumlar vasitəsilə Hinton oxşar problemləri olan bir çox "Tesla" sahiblərini tapıb. İndi onlar şirkəti fırıldaqçılıqda və müştəriləri aldatmaqda ittiham edərək, şirkətə qarşı qrup iddiası qaldırırlar.(unikal)
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO











