"Togg” elektromobillərinin istehsalı KƏSKİN ARTIRILACAQ

Bursadakı avtomobil zavodunun konveyerindən çıxan, Türkiyə istehsalı olan “Togg” elektromobillərinin sayını 2030-cu il üçün 1 milyon vahid göstəriciyə çatdırmaq planlaşdırılır.
Bu barədə Dohada jurnalistlərə “Togg” şirkətinin baş direktoru Gürcan Karakaş bildirib.
“2030-cu ilin sonunadək “Togg”un beş müxtəlif modelinin buraxılışını təşkil etməyi, elektromobillərin ümumi sayını isə 1 milyona çatdırmağı planlaşdırırıq. Tezliklə “sedan” və “kross-kupe” istehsalını təşkil edəcəyik, sonra isə bu sıraya “B-SUV” və “C-MPV” əlavə olunacaq. Bununla da beş türk elektromobilindən ibarət tam sıra əldə edəcəyik”, - deyə Karakaş qeyd edib.
Bununla yanaşı, o, “Togg”un birinci seriyalı modelinə - krossover “T10X”ə yüksək tələbatın olduğunu vurğulayıb. Xatırladıb ki, şirkət artıq qabaqcadan 177 min sifariş alıb.
Baş direktor deyib ki, 2025-ci ildən başlayaraq, satışa “Togg” Fastback “T10F” avtomobili çıxarılacaq.
İlk “Togg” elektromobilləri ictimaiyyətə 2019-cu ildə təqdim olunub. Daha populyar olan SUV seqmentinin krossover prototipinin seriyalı sınaqları 2021-ci ilin noyabrında aparılıb, o, 4,8 saniyə ərzində saatda 100 kilometrədək sürət yığıb. (Xezerxeber)
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












