"Toyota" 195 miniveni geri çağırır

"Toyota Motor" şirkəti Rusiyada 195 ədəd "Toyota Alphard" minivenini texniki nasazlıq səbəbindən geri çağırır. Avtosfer.az-ın məlumatına görə, bu barədə Rusiyanın texniki tənzimləmə və sertifikatlaşdırma üzrə federal agentliyi Rosstandart məlumat yayıb. Geri çağırmaya məruz qalan avtomobillərin VIN nömrələri qurumun rəsmi saytında yerləşdirilib.
Bildirilir ki, xidmət kampaniyası 30 sentyabr 2020-ci ildən 31 mart 2021-ci ilədək satılan nəqliyyat vasitələrini əhatə edir.
Şirkətin araşdırmasına əsasən, avtomobillərin kapotundakı moldinq (uç bəzəyi) bərkidicilərdəki konstruksiya qüsurları səbəbindən temperatur dəyişiklikləri zamanı deformasiyaya uğraya bilər. Bu, bərkidicilərin zəifləməsinə, çatların əmələ gəlməsinə və nəticədə moldinqin hərəkət zamanı avtomobildən ayrılaraq digər nəqliyyat vasitələri üçün təhlükə yaratmasına səbəb ola bilər.
"Toyota" avtomobil sahiblərini pulsuz texniki baxış və təmir üçün rəsmi diler mərkəzlərinə dəvət edəcək. Problemli avtomobillərdə kapot moldinqləri yenisi ilə əvəz olunacaq.

Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












