"Toyota Prius Nightshade" versiyasında təklif edilir - FOTO

Toyota şirkətinin Amerika bölməsi üç il əvvəl Nightshade adlı "qara" seriyanı təsis edib. İlkin olaraq, "qaraldılmış" versiyaya Camry sedanı və Highlander krossoveri sahib olub. Artıq yerli model çeşidində "qara" tərtibat dəsti olan 10 model var, lakin bu günə qədər onların arasında hibridlər olmayıb.
İndi isə var. On birinci "qaraldılmış" model Toyota Prius Nightshade liftbeki olub. Yapon istehsalçısı modelin ev xanımları üçün avtomobil statusunu daşımasına baxmayaraq, belə "cəsarətli" dəst ilə ortaya çıxmasına heç bir maneə olmadığını vurğulayır.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, digər Nightshade versiyasından olan Toyota modelləri kimi, Prius hibridi də baza modelindən kuzovun tamamilə tündləşdirilmiş dekoru ilə fərqlənir - buraya embemlər, moldinqlər və fənər içlikləri də daxildirlər.
Təkər diskləri də qara rəngə boyanıb, lakin kuzovun rəngini seçmək mümkündür: qara, ağ və gümüş çalarlar təklif olunur. Salon da qara rəngdədir - burada parlaq dekoru və süni dəri ilə üzlənmiş oturacaqları görmək olar.
Prius Nightshade həm ön, həm də tam ötürmə ilə təklif olunur. Hər iki halda da ön təkərləri 96 at qüvvəli 1,8-litrlik atmosfer mühərrikindən, iki elektromotordan (dartma və generator) və elektromexaniki variatordan ibarət olan hibrid güc qurğusu hərəkətə gətirir.
Hibrid qurğunun maksimal gücü 122 at qüvvəsidir. AWD-e adlı tam ötürməli versiyada isə arxa oxda yalnız 7,2 at qüvvəsi və 55 Nm hasil edən əlavə elektrik mühərriki quraşdırılır.
Toyota Prius Nightshade versiyasının ABŞ bazarındakı satışlarına payızda başlanmalıdır.
Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ
Yarım əsrlik “Niva” 60 min manata satışa çıxarıldı - FOTOLAR
Açıq səma altında avtomobil muzeyi tarixə qovuşdu - FOTO
Elektromobil və hibrid satışında növbəti rekord
Beton yolun insan səhhəti üçün zərərli olduğu bildirilir - FOTO
Avtomobil bazarında SON VƏZİYYƏT - VİDEO
Tamamilə Yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat - FOTO
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO


















