Toyota şirkəti Frontlander adını qeydə alıb

Bu günlərdə Toyota şirkəti Çinin patent idarəsində Frontlander adını qeydə alıb. Əslində, Toyota Frontlander Çin bazarında satılacaq və bir qədər təkmilləşdirilmiş dördüncü nəsil Harrier krossoveridir. Frontlander modeli üçün ilk bazar Çin olacaqdır. Krossoverin istehsalı GAC-Toyota müəsissəsinin zavodunda istehsal ediləcək və yerli müştərilər üçün yeni məhsul RAV4 modelinə alternativ olacaqdır.
Toyota Frontlander modelinin texniki cəhətdən hazırkı RAV4 krossoveri ilə oxşar olacağı, Harrier modelindən isə, sükanın yerləşməsi, avadanlıq seçimləri və xarici dekorasiya ilə fərqlənəcəyi gözlənilir. Çox güman ki, Toyota Frontlander Çində RAV4 modelinin bir qədər böyük və daha lüks versiyası kimi mövqelənəcəkdir.

Toyota Frontlander modeli RAV4 ilə TNGA GA-K platformasını parçalayacaq, 171 at qüvvəli 2,0-litrlik mühərriki, variator və ön ötürmə ilə təchiz ediləcəkdir. Alternativ olaraq, 2,5-litrlik mühərrikin əsasında yaradılan 222 at qüvvəli hibrid güc qurğusu və arxa oxda elektrik mühərriki olan tam ötürmə sistemi ilə təchiz edilən versiya da təklif ediləcəkdir.
Hazırda Çin bazarında RAV4 modelinin iki variantı buraxılır: bunlar, GAC-Toyota birgə müəssisəsinin istehsal etdiyi Wildlander krossoveri və FAW-Toyota birgə müəssisəsnin buraxdığı "qlobal" RAV4 modelidir. Toyota Frontlander isə RAV4 modelinin üçüncü variasiyası olacaqdır.

Bununla birlikdə, Toyota Frontlander yalnız Çində təklif edilməyəcəkdir - krossover Yaxın Şərqdə və hətta Şimali Amerikada da debüt edə bilər.
Mənbə: Autohome.com.cn
"Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir?
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi












