Tramp Maska dəstək oldu: “Tesla” aldı - FOTO

ABŞ Prezidenti Donald Tramp yeni “Tesla” avtomobili alıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Tramp Ağ Evin qarşısında dayanmış qırmızı “Tesla” avtomobilinin yanında jurnalistlərə açıqlama da verib. Onun yanında “Tesla”nın sahibi İlon Mask və azyaşlı oğlu olub.
Tramp Maska dəstəyini ifadə edərək ona qarşı çox ədalətsiz davranıldığını bildirib.
ABŞ prezidenti, həmçinin qeyd edib ki, onun avtomobili idarə etmək icazəsi yoxdur, lakin aldığı “Tesla” Ağ Evdə qalacaq və heyətinin üzvləri idarə edəcək.
Qeyd edək ki, Tramp daha əvvəl Maska dəstək üçün yeni “Tesla” alacağını açıqlamışdı.
Xatırladaq ki, İ. Maskın ABŞ Hökumət Səmərəliliyi Departamentinin (DOGE) hökumət aparatını ixtisar etmək üçün atdığı addımlar ölkədə “Tesla”ya qarşı etirazlara səbəb olub. Maskın xalis sərvəti “Tesla” səhmlərinin əhəmiyyətli dərəcədə azalmasından sonra bir gündə 8,8 milyard dollar azalıb.



"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












