“Trendyol”-dan şikayət – Sifariş 1 aydır çatdırılmır; pulu da qaytarmırlar - FOTO

Son vaxtlar onlayn alış-veriş edənlərin sayı artıb. Əsasən də xaricdən sifariş verilib, məhsullar əldə olunur. Lakin bəzən vətəndaşlar sifariş verdikdən sonra çətinliklərlə üzləşir. Həm sifariş verilən məhsulda, həm də çatdırılmada yaşanan problemlərdən vətəndaşlar narazı qalır.
Avtosfer.az xəbər verir ki, analoji hallardan biri də “Trendyol”dan sifariş verən vətəndaşın başına gəlib.
O, bildirib ki, fevralın 5-i mobil tətbiq vasitəsilə Türkiyədən məhsul sifariş edib və ödənişini də ödəyib: “Elə ayın 5-i məhsul göndərilib. Fevralın 7-də yük transfer mərkəzinə çatdırılsa da, orada yerindəcə qalıb. Ayın 14-də “Trendyol Asistant” vasitəsilə müraciət etdim. Orada mənə bildiridi ki, məhsul 7 iş günü müddətində göndəriləcək. Əgər göndərilməsə pul geri qaytarılacaq”.
Vətəndaş qeyd edib ki, bu müddət də artıq bitib: “Nə məhsul göndərilib, nə də ödəniş geri qaytarılıb. Yenidən soruşduqda deyirlər ki, 7 iş günü Türkiyə üçün keçərlidir. Bunun bizim ölkədə nə qədər vaxta bərabər olduğunu soruşduqda isə mənə vaxt deyə bilmirlər. Sadəcə gözləməli olduğumu bildirirlər”.
Məhəbbət Tərlanoğlu
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












