Üçqapılı Range Rover seriyaya gedib - FOTO

Üçqapılı Adventum Coupe adi Range Rover modelindən təkcə arxa qapıların yoxluğu ilə fərqlənmir: ofrouderin kuzovunun ön dayağından başlamış arxa dayağına qədər olan hissəsi əllə alüminium təbəqələrdən hazırlanmışdır - yalnız kapot, qanadlar və baqaj qapağı dəyişilməz qalıb.
İnteryerin dizaynında müştərinin istəkləri nəzərə alınıb: salon tərtibatında əsl dəri, tvid, tik ağacı və qoyun yunundan istifadə edilmişdir. Əlbəttə ki, studiya müştəriləri bununla məhdudlaşdırmaq fikrində deyil: onlar tikişlərin naxışlarını və rənglərini, basmanaxışları, tikmələri və daha çoxunu seçmək hüququna malikdirlər.
Qırmızı rəngli nappa dəri ilə üzlənmiş salona malik olan ilk Adventum Coupe modelinin kuzovu ağ Artic White rənginə boyanıbdır. Avtomobilin döşəməsi tamamilə tik tamasalardan ibarətdir ki, onların arasındakı bəxyələr isə kuzovun rəngini təkrarlayır. Döşəmənin əsasını Afrikada bitən nəmə davamlı okume ağacından hazırlanmış lövhə təşkil edir. Avtomobilin baqajında dəri tutacaqları olan iki çətir yerləşdirilib.
Adventum Coupe modelinin kapotunun altında 525 at qüvvəsi və 625 Nm fırlanma anı hasil edən kompressorlu 5,0-litrlik V8 mühərriki quraşdırılıb. Avtomobilin ilkin qiyməti 270.000 avrodan başlayır. Üçqapılı Range Rover modelinin yaradılması orta hesabla altı ay vaxt tələb edir. (autograph.az)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur





























