Utilizasiya zamanı xaricdən maşın gətirənlərə güzəşt ola bilərmi? – EKSPERT AÇIQLADI

Avtosfer.az saytını rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı utilizasiya zamanı xaricdən maşın gətirənlərə güzəşt olunmasını təklif edib. O bildirib ki, Azərbaycanda utilizasiya prosesinin həyata keçirilməsi zamanı avtomobil sahiblərinə çeklər veriləcək: “Bu çeklərdə minik avtomobilləri üçün 1500 manat, sərnişin avtobusları və mikroavtobuslar üçün 2000, digər texnikalar - kran, traktor və daha iriqabaritli nəqliyyat vasitələri üçün 3000 manat vəsait nəzərdə tutulur. Həmçinin, ödəniş həm çek, həm də nağd ödənilə bilər. Belə ki, sizə çek şəklində pul verilirsə və yerli istehsal avtomobil alarkən bu çeki təqdim etsəniz, göstərilən məbləğ güzəşt olunacaq. Çünki ödənişin adı və mahiyyəti güzəştli ödəniş qəbzidir. Bu o deməkdir ki, sizə güzəşt olunur. Yox, əgər siz pulu nağd şəkildə əldə etmək istəyirsinizsə, o zaman sizə həmin məbləğin 70 faizi veriləcək. Məsələn, siz 1500 manat civarında çek əldə edərkən pulu nağd şəkildə istəsəniz, o zaman məbləğin 70 faizini əldə edə biləcəksiniz. Yəni 1500 manatdan 1050 manatı veriləcək”.
Elməddin Muradlı qeyd edib ki, bu, Dövlət Proqramında nəzərdə tutulan bir məqamdır: ““Yol Hərəkəti Təhlükəsinə dair” Dövlət Proqramının icra müddəti 2023-cü ildə bitdi. Bu proqramda yerli avtomobil sənayesinin inkişafına dəstək olmaq üçün utilizasiya zamanı insanları yerli avtomobil almağa yönləndirmək nəzərdə tutulurdu. Yəni, Azərbaycanda yerli istehsal olan avtomobillərə marağın artmasını və vətəndaşların onları daha çox almasına çalışılırdı. Amma mən dünən istismara yararsız vəziyyətdə olan avtomobillərin utilizasiyası ilə əlaqədar mövcud vəziyyət və qarşıda duran məsələlərə bağlı keçirilən mətbuat konfransında da bu fikri səsləndirdim ki, vətəndaşları birmənalı olaraq ancaq yerli istehsal avtomobil almağa məcbur eləmək olmaz. Çünki yerli istehsal avtomobillərin keyfiyyəti o qədər də ürəkaçan deyil və bu baxımdan insanlar üçün digər imkanlar, şanslar da verilməlidir”.
Ekspert təklif edib ki, gələcəkdə vətəndaşlar üçün həmin güzəşt gömrük sektorunda, ƏDV sektorunda da tətbiq oluna bilər: “Vətəndaşa bir dəfə olmaq şərtilə xaricdən avtomobil gətirərkən gömrük, əlavə dəyər vergisindən və aksiz vergisindən təxminən 50 faiz azad olmaq imkanı verilsin. Həmçinin gətirilən avtomobil üçün istehsal ili 10 ildən artıq olmaması şərti qoyulsun. Mən əminəm ki, bu da vətəndaşlar tərəfindən çox xoş və müsbət qarşılanar. Yəni, ümumi işə daha çox fayda vermiş olar”.
Məhəbbət Tərlanoğlu
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










