"Volkswagen" öz yeni modeli haqqında məlumat yayıb

Volkswagen şirkətinin Project Trinity (“Üçlük Layihəsi”) kod adlı yeni flaqman modeli üzərində işlədiyi barədə məlumat bu ilin yanvar ayında yayılıb.
O zaman, yeni modelin xüsusi platformada inşa ediləcəyi də bildirilmişdi. Ən radikal texnologiyalarından istifadə edilərək yaradılmış bu platforma, avtonom idarəetmə baxımından geniş imkanlara sahib olacaqdır. Mart ayında istehsalçı avtomobilin ilk tizerini yayımlayıb, indi isə layihə haqqında yeni məlumat peyda olub.
Britaniyanın “Autocar” nəşrinin bildirdiyinə görə, Project Trinity modeli Volkswagen qrupunun Scalable Systems Platform (SSP) arxitekturası üzərində inşa edilən ilk modellərindən biri olacaqdır. Kuzov növünə gəldikdə isə, elektrokar krossover, sedan və hetçbekin qarışığından ibarət olacaqdır: görünür ki, belə yanaşma müasir avtomobil dizaynında yeni trendə çevrilir. Tesla elektrokarlarının və ya Porsche Taycan modelinin sahibləri kimi, Volkswagen Project Trinity elektromobilinin sahibləri də satın aldıqdan sonra avtomobillərinin funksionallığını genişlədə biləcəklər: lazımi avadanlıq zavodda quraşdırılacaq, lakin opsiyaların kilidini açmaq üçün proqram təminatının ödənişli yeniləməsi tələb olunacaqdır – yenilənmə “hava üzərindən” həyata keçiriləcəkdir.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










