“Volkswagen”dizel avtomobili sahiblərinə təzminat ödəyəcək

“Volkswagen” avtomobil konserni 200 min dizel avtomobili sahiblərinə 620 milyon avro məbləğində təzminat ödəyəcək.
Avtosfer.az-ın xəbərinə görə “Report” konsernin mətbuata açıqlamasına istinadən xəbər verir ki, mayın 5-dən etibarən avtomobil sahiblərinə model və istehsal ilinə görə 1 350 avrodan 6 250 avroyadək vəsait ödəniləcək.
Bundan əvvəl Federal İstehlakçı Hüquqlarının Müdafiəsi Birliyi və ADAC avtomobil klubu “Volkswagen”ə qarşı müştərək məhkəmə iddialarında “proqram təminatından qəsdən manipulyasiya etməklə alıcılara ziyan vur”duğu və təzminat ödəyəcəyi bildirilib. Bundan əvvəl ABŞ hökuməti də “Volkswagen”i dizel avtomobillərindəki proqram təminatının zərərli tullantılarının miqdarını az göstərməsində ittiham edərək 2009-2015-ci illərdə satdığı 482 min “Volkswagen” və “Audi” markalı geri götürmək mükəlləfiyəti qoymuşdu. 2017-ci ildə konsern Amerika hökumətinə 4,3 milyard ABŞ dolları məbləğində cərimə ödəməyə boyun oldu.
“Volkswagen” konserni ilə Federal İstehlakçı Hüquqlarının Müdafiəsi Birliyi arasında iddianı məhkəməsiz həll etmək çərçivəsində dizel avtomobili alıcılarına bütövlükdə 830 milyon avro məbləğində təzminat ödənişilə bağlı razılığa gəldilər.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












